Fransa XİN Rusiyanın Parisdəki səfirliyinə xəbərdarlıq edib


Fransa Xarici İşlər Nazirliyi Rusiyanın Parisdəki səfirliyinə xəbərdarlıq edib.


AFN.az xəbər verir ki, xəbərdarlığa səbəb Rusiya diplomatlarının Ukraynaya göndərilən fransız hərbi təlimatçılarının Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfi olacağına dair açıqlamalarıdır. Bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemuan bildirib ki, bu açıqlamalar "nəticəsiz qalmayacaq hədsiz bəyanatlardır".

O, həmçinin əlavə edib ki, Rusiya səfirinin Xarici İşlər Nazirliyinə çağırılmasının mümkünlüyü müzakirə olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu