Mayk Taysonun halı təyyarədə pisləşib


Hazırda rinqə qayıtmağa hazırlaşan məşhur boksçu Mayk Taysonun halı Mayamidən Los-Ancelesə gedən təyyarədə pisləşdiyi açıqlanıb.



Çempion boksçuya uçuş zamanı təcili tibbi yardım göstərilib.

Təqaüdçü idmançının nümayəndəsi "New York Post"a verdiyi açıqlamada 57 yaşlı Taysonun enişdən 30 dəqiqə əvvəl ürəkbulanma və başgicəllənmədən əziyyət çəkdiyini, tibb işçilərinin təcili müdaxiləsi nəticəsində vəziyyətinin yaxşı olduğunu bildirib.

Taysonun nümayəndələri Taysonun səhhətində yaranan problemə görə uçuşun təxirə salınmasını təkzib edərək, "Uçuşun gecikməsinə onun tibbi müdaxiləsi səbəb olduğu xəbəri yalandır. Bu iki saatlıq gecikmə təyyarədəki kondisioner problemi ilə bağlı olub" deyə qeyd edib.

Qeyd edək ki, Mayk Tayson iyulun 20-də Texas ştatının Arlinqton şəhərindəki AT&T Stadionunda boksçu və Youtuber Jake Paul ilə döyüşmək üçün rinqə qayıtmağa hazırlaşır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu