Etiraz olaraq təyyarənin təcili çıxış qapısından çıxaraq qanadda yeriməyə başladı, saxlandı


Mexikonun Benito Juarez Beynəlxalq Hava Limanında həyəcanlı anlar yaşanıb.


Belə ki, hava limanında təyyarənin təcili çıxış qapısından çıxaraq, 4 saatlıq gecikmədən sonra qanad tərəfə gedən şəxs saxlanılıb. Digər sərnişinlər onun həyatlarını xilas etdiyini deyirlər.

Paytaxt Meksikadan Qvatemalaya uçan təyyarəyə minən sərnişinlər saatlarla hava və su olmadan gözləyiblər.

Bu şəraitdə 3 saatdan çox gözlədilməsinə etiraz edən şəxs saat 11.30 radələrində təcili çıxış qapısını tərk edərək təyyarənin qanadı ilə getməyə başlayıb.

Bunun üzərinə səlahiyyətlilər hərəkətə keçərək həmin şəxsi saxlayıblar.

Kondisionerin işləmədiyi təyyarədəki sərnişinlər birgə bəyanat yayaraq ona dəstək olublar. "Meksikadan Qvatemalaya getməli olan AM 0672 reysinin bütün sərnişinləri bildirirlər ki, təcili çıxış pəncərəsini açan sərnişin bunu hamını qorumaq üçün edib və hər kəsin dəstəyini alıb. Çünki təyyarədə gecikmə və havanın olmaması sərnişinlərin sağlamlığı üçün təhlükəli şərait yaradıb. O, həyatımızı xilas etdi" - deyə açıqlamada bildirilib.

Sosial mediada yayılan açıqlamada azı 77 sərnişin öz adlarını və imzalarını qeyd edib.

Mexiko hava limanı hadisə nəticəsində heç kimin zərər görmədiyini bildirib.

Hadisə ilə bağlı hesabatda gecikmənin təyyarənin texniki xidmətə ehtiyacı olduğu üçün baş verdiyi açıqlanıb. Həmçinin bildirilib ki, şəxsiyyəti açıqlanmayan sərnişinin hərəkətindən sonra reysin dəyişdirilməsi məcburi olub.

Hava limanındakı səlahiyyətlilər fəalın təyyarədən çıxdıqdan sonra yenidən salona daxil olduğunu və təyyarəyə və ya başqasına zərər vermədiyini, daha sonra polisə təslim olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu