Oslo hava limanında iki həftə ərzində 3 qəza baş verib


Norveçin Qardermoen şəhərindəki Oslo hava limanında iki həftə ərzində 3 qəza baş verib.



Oslo hava limanında baş verən son qəzada Skandinaviya Hava Yollarına məxsus sərnişin təyyarəsinin sol qanadı çıxış qapısındakı hasara çırpılıb.

Təyyarəyə cüzi ziyan vuran qəzada xəsarət alan olmayıb.

Oslo Hava Limanının mətbuat xidmətinin rəhbəri Monika İren Fasting açıqlamasında hava limanında son üç qəzadan ikisinin eyni çıxış qapısında baş verdiyini və bu yerin hadisələrdən sonra bağlandığını bildirib.

Fevralın 2-də İsveçin paytaxtı Stokholma uçan Norveç Hava Yollarına məxsus təyyarə eyni qapıda hasara çırpılıb.

Fevralın 13-də Norveçin Kristiansand şəhərinə gedən başqa bir təyyarə başqa bir təyyarə ilə toqquşub və təyyarənin qanadı qırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu