Fələstin maliyyə böhranının həlli üçün beynəlxalq ictimaiyyətdən dəstək istəyib


Fələstinin baş naziri Məhəmməd Mustafa beynəlxalq ictimaiyyəti yaşadıqları maliyyə böhranı ilə əlaqədar təcili tədbirlər görməyə çağırıb.


Belçikanın paytaxtı Brüsseldə Fələstin mövzusunda keçirilən yığıncaqda danışan Məhəmməd Mustafa İsrailə əl qoyduğu Fələstin rəhbərliyinə aid vergi gəlirlərinin geri qaytarılması üçün təzyiq edilməsini və təcili maliyyə dəstəyi paketinin birbaşa büdcəyə təqdim edilməsini tələb edib.

Fələstinə tətbiq edilən iqtisadi blokadanın beynəlxalq müqavilə və qanunları açıq şəkildə pozduğunu ifadə edən Mustafa, “Müharibə başlayandan bu yana iqtisadi böhran səbəbiylə dövlət gəlirlərimizin ciddi azalması və İsrailin vergi gəlirlərimizdən qeyri-qanuni ayırmaları maliyyə imkanlarımızın daha da tükənməsinə səbəb oldu" - deyə bildirib.

Hökumətin Qəzzada 2,2 milyon fələstinlini dəstəkləmək üçün təcili yardım və erkən sağalma hədəfli hərtərəfli plan hazırlamaq və həyata keçirmək üzərində çalışdığını bildirən Mustafa, hökumətin hazırladığı planın iki mərhələli təcili müdaxilələri ehtiva etdiyini söyləyib.

1994-cü ildə İsrail ilə Fələstin Azadlıq Təşkilatı arasında imzalanan Paris İqtisadi Protokoluna uyğun olaraq, İsrail rəhbərliyi fələstinlilər adına öz nəzarətində olan sərhəd qapılarından toplanan vergiləri Fələstin xəzinəsinə köçürməlidir.

İsrailin "Kanal 12" televiziyası mayın 10-da verdiyi xəbərdə İsrailin maliyyə naziri Bezalel Smotriçin Tel-Əvivin Fələstin administrasiyası üçün topladığı 46 milyon dollar vergi gəlirini 9 gün ərzində saxladığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu