Bir yaşlı qanalı uşaq dünyanın ən gənc rəssamı seçilib


Qanadan olan bir yaşlı uşaq Ace-Liam Nana Sam Ankrah Ginnesin Rekordlar Kitabına görə dünyanın ən gənc rəssamı kimi tanınıb.



Mayın 25-də uşağın anası rəssam Şantel Eqan bunun necə baş verdiyini İzvestiyaya danışıb.

Onun sözlərinə görə, uşaq altı aylığından rəsm çəkməyə başlayıb. O Şantel sənət komissiyasında işləyəndə uşağı məşğul saxlamaq üçün önünə boyalarla kətan qoyub.

“Mən onun çox istedadlı olduğundan şübhələnməyə başlayanda o, 11 aylıq idi. O, intuitiv olaraq fırçanı tutmağı və onu kətan üzərində hərəkət etdirməyi başa düşürdü”, - deyə qadın bildirib.

Ötən ilin sonunda uşaq anası da daxil olmaqla Qanadan olan peşəkar rəssamların əsərləri ilə yanaşı, əsərlərinin də təqdim olunduğu sərgidə iştirak edib.

Eqan izah edib ki, dünya rekordu qırmaq üçün Ace-Liamın sərgi iştirakçısı olması və tablonun satılması tələb edilirdi.

Qeyd edək ki, bu günə qədər o, artıq 11 rəsm əsərini satıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu