Pikassonun “Saatlı qadın” əsəri hərracda 139 milyon dollara satılıb
Bu barədə hərrac saytında bildirilir. Beləliklə, bu, ispan rəssamın ikinci ən bahalı rəsm əsəridir. Qeyd edilir ki, “Saatlı qadın” ilkin olaraq 120 milyon dollar dəyərində qiymətləndirilib.
Rəsm Pikasso tərəfindən 1932-ci ildə 130x97 ölçüdə kətan üzərində çəkilmişdir. Bu, rəssamın sevgilisi olaraq onu yeni əsərlər yaratmağa ruhlandıran fransız model Marie-Therese Walter-i təsvir edir.