Ukrayna Almaniyadan dördüncü IRIS-T sistemini alıb
Ukrayna Silahlı Qüvvələri dördüncü IRIS-T hava hücumundan müdafiə sistemini Almaniyadan alıb.
AFN.az xəbər verir ki, bu barədə “Der Spiegel” jurnalı öz mənbələrinə istinadən məlumat yayıb.
Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Ümumilikdə Almaniya indiyədək Kiyevə hərbi dəstək üçün xeyli vəsait ayırıb və təxminən 28 milyard avro məbləğində gələcək xərcləri öz üzərinə götürüb.