Quş lələyi hərracda qızıldan da baha qiymətə satıldı


Nəsli kəsilmiş Yeni Zelandiya Huia quşuna aid nadir və çox qiymətli tük 28 min 365 ABŞ dollarına satılıb. Bu qiymət onu dəyəri qızılı ötərək, hərracda satılan dünyanın ən bahalı lələkinə çevrib.



Huia quşuna aid tükün qiymətinin 2 min ilə 3 min dollar arasında olacağı gözlənilirdi. Bununla belə satış rəqəmi ilkin təxminləri xeyli üstələyib.

Bazar ertəsi satışa qədər əvvəlki rekord satış 2010-cu ildə 8400 dollara satılan başqa bir huia lələyi idi.

"Gold Broker"in son rəqəmlərinə görə, lələk təxminən 9 qram ağırlığındadır ki, bu da onu qızıldan daha qiymətli edir.

Lələk qramı 5 min 169 dollara satılb, qızıl isə qramı 127 dollaradır.

Huia gözəl mahnısı, əsasən qara parlaq tükləri və ağ ucları olan uzun quyruq lələkləri ilə tanınan Yeni Zelandiyanın sallaq quşu növlərinin ən böyüyü idi.

Son təsdiqlənmiş Huia müşahidəsi 1907-ci ildə olub, lakin onların hələ 1920-ci illərə qədər sağ qaldığına inanılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu