İran helikopter qəzasından sonra ABŞ-dan kömək istəyib


ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətini daşıyan helikopter qəzaya uğradıqdan sonra İran ABŞ-dan kömək istəyib.



Miller mətbuata verdiyi açıqlamada məlumatın məzmunu ilə bağlı təfərrüat verə bilməyəcəyini qeyd edib.

Qarşı tərəfə bu vəziyyətdə istənilən hökuməti dəstəkləməyə hazır olduqlarını çatdırdıqlarını ifadə edən Miller, "Ancaq nəticədə bu yardımı böyük ölçüdə logistik səbəblərdən görə verə bilmədik" deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu