İndoneziyada "Starlink" peyk internet xidməti istifadəyə verildi


"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask 17 mindən çox adadan ibarət İndoneziyaya peyk internet xidməti təqdim edəcək "Starlink"in açılışını edib.



Mask İndoneziyanın Bali adasındakı sağlamlıq klinikasında indoneziyalı nazirlərlə görüşüb.

17 mindən çox adadan ibarət olan İndoneziyanın ən ucqar bölgələrinə internet xidməti təqdim etmək üçün "Starlink"i işə salan Mask, "İnternetin az olduğu yerlərə giriş təmin etməkdən çox həyəcanlıyam" deyib.

Mask İndoneziyada səhiyyə və təhsil sektorlarında internetə çıxışın artırılması üçün müqavilə imzalayıb və ölkənin müxtəlif bölgələrindəki səhiyyə müəssisələri ilə internet sürət testləri həyata keçirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu