Mask: Maqnit qasırğası səbəbindən "Starlink" peyklərində yük artıb
“Starlink” peykləri geomaqnit qasırğası səbəbindən artan yüklə üzləşib.
Bu barədə SpaceX-in baş direktoru İlon Mask mayın 11-də X sosial şəbəkəsindəki səhifəsində bildirib.
""Starlink" peykləri çox təzyiq altındadır, lakin onlar hələ də dayanırlar" deyib.
Mask qeyd edib ki, keçən geomaqnit qasırğası bir çox illərin ən böyüyüdür.
Qeyd edək ki, mayın 10-da bir sıra günəş partlayışlarından sonra Yer kürəsində güclü maqnit qasırğası başlayıb.