Çindən gələn turist qrupları üçün viza azadlığı


Çin böyük kruiz gəmiləri ilə ölkəyə gələn turist qruplarına liman şəhərlərinə vizasız giriş təmin edəcək.


Çin Milli İmmiqrasiya İdarəsindən verilən açıqlamaya görə, Çin agentlikləri tərəfindən təşkil edilən turist qrupları kruiz gəmilərinin yanaşdığı 13 liman şəhərinə vizasız daxil ola biləcək.

Ölkənin şimal sahilində Tianjin, Dalian və Qingdao, şərq sahilində Şanxay, Lienyungang, Vincou, Coushan və Xiam, cənub sahilində isə Quangcou, Shinjin, Beyhai, Haykou və Sanya liman şəhərləri səfərsiz ziyarət edilə bilər.

Viza azadlığı gəminin limandan çıxma müddəti ilə məhdudlaşacaq və 15 gündən çox ola bilməz.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu