Şimali Koreyadan bu regionla bağlı xəbərdarlıq


Şimali Koreya Xarici İşlər Nazirliyi Qərbi Asiya-Sakit Okean regionunda (APR) yeni qüvvələrin yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edərək, cavab tədbirləri görməyə hazır olduğunu bildirib.


Nazirliyin bəyanatını Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.

“Bəzi Qərb dövlətlərinin geosiyasi baxımdan özündən uzaqda yerləşən ölkəmizin ətrafında hərbi qüvvələrdən istifadə etməsi reallığı bizə çox şey deyir. Əgər zorakılıq onların Koreyaya qarşı siyasətidirsə, onda biz öz maraqlarımıza uyğun olaraq onlara siyasi yanaşmaya yenidən baxmalı olacağıq” - deyə, materialda qeyd edilir.

Departament xüsusilə Böyük Britaniya, Cənubi Koreya, Almaniya, Fransa və Yeni Zelandiyanın iştirakı ilə “bir-birinin ardınca” təlimlərin keçirildiyini qeyd edib. Pxenyan həmçinin Avstraliyanın bölgədə hərbi təlimlər keçirməsi və qüvvələrin artırılması istiqamətində hərəkətlərinə işarə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu