Birləşmiş Millətlər Təşkilatı 25 may tarixini “Ümumdünya Futbol Günü” elan edib


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası qəbul etdiyi qətnamə layihəsi ilə mayın 25-nin “Ümumdünya Futbol Günü” kimi qeyd ediləcəyini açıqlayıb.



BMT Baş Assambleyasında keçirilən sessiyada bəzi digər idman növləri kimi futbolun da dünya sülhü və inkişafına verdiyi töhfəyə görə xüsusi bir günlə qeyd edilməli olduğu vurğulanıb.

160-dan çox ölkənin tərəfdaşlığı ilə Baş Assambleyaya təqdim edilən və 25 Mayın “Dünya Futbol Günü” kimi qeyd olunmasını təklif edən qanun layihəsi yekdilliklə qəbul edilib.

Qərar məktubunda bütün dövlətlər, BMT qurumları, beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları və özəl sektor milli prioritetlərə uyğun olaraq 25 May Ümumdünya Futbol Gününü qeyd etməyə və futbolun üstünlüklərini hər kəsə yaymağa dəvət olunub.

Qeyd edək ki, bu günün müəyyən edilməsi 1924-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün regionların təmsil olunduğu tarixdə ilk beynəlxalq futbol turnirinin 100 illiyinə əsaslanıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu