PFL-də bu şöbə ləğv olundu, yeni departament yaradıldı


Peşəkar Futbol Liqasında struktur dəyişikliyi davam edir.


AFN.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL rəhbərliyi Texniki-İdman şöbəsinin ləğv olunmasına dair qərar qəbul edib. Onun yerinə Peşəkar Futbol Liqasının Texniki İdman Departamenti yaradılıb və Elgiz Abbasov Peşəkar Futbol Liqasının texniki-idman direktoru təyin olunub.

2008-ci ildən futbol sahəsində çalışan Abbasov 2014-cü ildən Peşəkar Futbol Liqasında baş mütəxəssis, redaktor, baş redaktor, Texniki-İdman Şöbəsinin rəisi vəzifələrində çalışıb və AFFA nümayəndəsi kimi Misli Premyer Liqasının, I Divizionun və Azərbaycan Kubokunun oyunlarına təyinat alır.

Məlumat üçün bildirək ki, yeni yaradılmış Texniki-İdman Departamenti Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün oyunlara nəzarət etməklə yanaşı, AFFA-nın müxtəlif komitələri ilə işbirliyinə, Avropa Liqaları və digər beynəlxalq futbol təşkilatları ilə işin təşkilinə, əsas yayımçı şirkət və dövlət qurumları ilə əlaqələrə və meydana çıx biləcək digər işlərin təşkilinə cavabdehlik daşıyacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu