Milanda gecələr maraqlı qadağa qüvvəyə minib


İtaliyanın Milan şəhərində bələdiyyə hökumətinin şəhərdə gecə həyatının təşkili istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində təxminən bir aya yaxın şüşə və qalay paketlərində içki satışına qadağa qoyulub.


İtaliya mətbuatında yer alan xəbərə görə, ölkənin ən çox ziyarət edilən şəhərlərindən biri olan Milanın meri Cüzeppe Sala, şəhərin turistik yerlərində gecə saatlarında çöldə içki satışı ilə bağlı yeni qərar imzalayıb.

Şəhərdə bu gündən iyunun 1-dək sınanacaq təcrübə çərçivəsində Duomo Meydanı, Sülh Arkası, Darsena kimi 12 turistik məhəllədə şüşə və qalay paketlərdə spirt və ya sərinləşdirici içkilərin satışına saat 22.00-dan 05.00-a qədər icazə verilməyəcək. icazə verilməyəcək. Qadağa bütün kiçik, orta və iri satış yerlərini və belə paketlərdə məhsul satan avtomatik avtomatları əhatə edir.

Digər tərəfdən, məkanlarda xidmətlərə məhdudiyyət qoyulmasa da, çöldə göstəriləcək xidmətlərdə karton fincanlardan istifadə edilməsi mümkündür.

Mətbuatda çıxan xəbərlərdə sözügedən tənzimləmənin şəhər sakinlərini narahat etməmək məqsədilə atılan çılğın gecə həyatı üçün tənzimləyici addım olduğu, şüşə butulkaların qırılmasının həm səs-küyə, həm də müxtəlif təhlükəli xəsarətlərə səbəb olduğu bildirilib.

Qeyd edilib ki, Milan Bələdiyyəsi də mayın 18-dən noyabrın 18-nə kimi bu fəaliyyəti göstərə biləcək məkanların təşkili üzərində işləyir.

Digər tərəfdən, İtaliyanın kanalları ilə məşhur olan tarixi şəhəri Venesiyada gündəlik turist sıxlığını idarə etmək üçün aprelin 25-dən müəyyən günlərdə gündəlik ziyarətçilərdən giriş haqqının alınması praktikasına başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu