Jan Reno ilk casus romanını nəşr etdirəcək
Fransız aktyoru Jan Reno mayın 16-da ilk casus romanı "Emma"nı nəşr etdirəcək.
Bu barədə “Le Figaro” qəzeti AFP-yə istinadən məlumat yayıb.
“Mənə bu romanı yazmaq lazım idi. Bu, özümə verilən bir çağırış idi. Mən həmişə qeyri-adi və romantik insan hekayələrini sevmişəm”, - deyə aktyor paylaşıb.
Kitabın naşirinin dediyinə görə, bu, “sakit həyat sürən gənc qadının qəfildən özünü casusların amansız dünyasına sürükləyən” hekayəsi olacaq. Fransanın Brittani bölgəsindən olan masajçı Oman Sultanlığına gedəcək və burada özünü milli əhəmiyyət daşıyan inanılmaz bir məsələnin mərkəzində tapacaq.