Yunan Kəşfiyyatındən hökumət üzvlərinə smartfon xəbərdarlığı


Yunanıstan Kəşfiyyat İdarəsi (EYP) hökumət üzvlərinə və yüksək rütbəli dövlət rəsmilərinə xəbərdarlıq məktubu göndərib.



Bu barədə "Kathimerini" qəzeti məlumat yayıb.

Məqalədə "Cib telefonlarınızdakı məlum proqramlarla etdiyiniz söhbətlər təhlükəsiz deyil” deyə vurğulanıb.

Qəzetin anonim mənbələrə əsaslanan xəbərində xəbərdarlıqda smartfonlardakı tətbiqlər vasitəsilə edilən danışıqların və mesajlaşmaların etibarlı sayılmaması lazım olduğu bildirilib və həssas mövzuların bu proqramlar vasitəsilə müzakirə edilməməsi qeyd edilib.

Yunanıstanda 2022-ci ildə yunan jurnalist Thanasis Kukakisin mobil telefonunda “Predator” adlı casus proqram aşkarlandıqdan sonra “dinləmə qalmaqalı” gündəmə gətirilmişdi.

Yunanıstan mətbuatında dərc olunan xəbərlərdə keçmiş baş nazir Andonis Samaras, xarici işlər naziri Nikos Dendias və Baş Qərargah rəisi Konstandinos Floros da daxil olmaqla bir çox siyasətçi, bürokrat, jurnalist və iş adamının telefonlarının dinlənildiyi iddia edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu