İsrailin Hərbi Nazirlər Kabineti məhbus mübadiləsi danışıqlarını müzakirə edəcək


İsrailin Hərbi Nazirlər Kabineti bu axşam Həmas ilə dolayı məhbus mübadiləsi danışıqlarını müzakirə etmək üçün toplanacaq.


AFN.az xəbər verir ki, “Times of Israel” qəzetinə danışan adı açıqlanmayan rəsmi, hərbi kabinetin bu axşam yerli vaxtla saat 18:30-da toplanacağını bildirib.

Görüşdə HƏMAS-la məhbus mübadiləsi danışıqlarındakı son vəziyyət müzakirə olunacaq.

İclas bitdikdən sonra eyni gündəmlə Təhlükəsizlik Kabineti də görüşəcək.

Baş nazir Benyamin Netanyahunun hökumətindəki bəzi nazirlərin məhbus mübadiləsi danışıqlarına qarşı olduqlarını açıqladıqdan sonra ötən çərşənbə axşamı İsraildə toplantısı planlaşdırılan Hərbi Nazirlər Kabineti ləğv edilib.

İsrail və HƏMAS arasında məhbus mübadiləsi razılaşmasına nail olmaq üçün dolayı danışıqlar davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu