KİV: ABŞ Fil Dişi Sahilində hərbi baza açmaq üçün danışıqlar aparır


ABŞ-ın Afrika Komandanlığının (AFRICOM) rəhbəri general Maykl Lenqli Kot-d'İvuara səfər edib. General bu səfər zamanı pilotsuz təyyarələrin sınaqdan keçirilməsi üçün ABŞ hərbi bazasının açılması məsələsini müzakirə edib.


AFN.az xəbər verir ki, bu barədə “Jeune Afrique” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ-dan hərbi komandanlığın rəhbəri və ABŞ-ın Abidjandakı səfiri Cessika Devis Badan ibarət nümayəndə heyəti ölkə prezidenti Alassan Uattara, eləcə də prezident aparatının rəhbəri ilə danışıqlar aparıb. Fidel Sarasoro, Prezident kabinetinin baş katibi Massere Ture-Kone, təhlükəsizlik naziri Vaqondo Diomande və ordunun baş komandanı Lassina Dumbiya danışıqlarda iştirak ediblər.

“Bazada əsgərlər, eləcə də ən son avadanlıqlar, yəni pilotsuz təyyarələr yerləşdiriləcək”, - deyə nəşr yazır.

Yanvarın əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Anqola, Kabo-Verde, Kot-d'İvuar və Nigeriyaya səfər edib. Abidjanda o, ABŞ-ın Qərbi Afrikada sabitliyi təmin etmək üçün 45 milyon dollar göndərəcəyini açıqlayıb. AFRICOM saytında verilən açıqlamaya görə, Vaşinqton bu il təkcə ölkənin Burkina-Faso ilə həmsərhəd olduğu Fil Dişi Sahilinin şimalında terrorla mübarizə və sərhəd təhlükəsizliyinə 65 milyon dollardan çox vəsait xərcləyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu