ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə gedib


ABŞ Mərkəzi Komandanlığının rəhbəri bu ölkənin silahlı qüvvələrinin baş qərargah rəisi ilə görüşmək üçün İsrailə gəlib.


"General Maykl Kurillanın səfərinin məqsədi İsrailin müdafiə ehtiyaclarını daha yaxşı başa düşmək və münaqişə zamanı ABŞ-ın dəstəyinə işarə etməkdir" - deyə ABŞ Mərkəzi Komandanlığının bəyanatında deyilir.

Onun səfəri ABŞ dövlət katibi Entoni Blinkenin İsrailin hərbi kabineti ilə təxminən səkkiz saatlıq görüş də daxil olmaqla, regionda mekik diplomatiyası apardığı vaxta təsadüf edir.

ABŞ prezidenti Co Bayden də çərşənbə günü İsrailə səfər etməyi planlaşdırır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu