Cənubi Afrikada bank hesabı açmaq istəyən şəxs bayquşunu girov təminatı kimi göstərmək istəyib


Cənubi Afrikanın Gauteng əyalətində bank hesabı açmaq istəyən şəxs bayquşunu girov təminatı kimi istifadə etmək istəyib.



“Times Live” saytının məlumatına görə, Gauteng əyalətinin Vestonaria rayonundakı bank filialında hesab açmaq istəyən şəxsin tələbi işçiləri təəccübləndirib.

Bank hesabı açmaq istəyən adı açıqlanmayan müştəri hesabın açılması üçün pul əvəzinə öz bayquşunu girov təminatı kimi göstərmək iistəyib.

Tələbdən təəccüblənən bank işçiləri müştərinin tələbini rədd edərək, yalnız qanuni ödəniş üsullarını qəbul edə biləcəklərini bildiriblər.

Bank rəsmiləri bildiriblər ki, bu hadisədən sonra onlar Bayquş Xilasetmə Mərkəzinə məlumat verib və bayquşu sahibindən alıblar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu