"Starlink" peykləri Yer kürəsini zəhərləyə bilər - NASA fiziki
Keçmiş NASA fiziki xəbərdarlıq edib ki, İlon Maskın “Starlink”i kimi meqapeyk şəbəkələri Yerin maqnitosferini poza və bütün bəşəriyyəti ölümcül kosmik şüalara məruz qoya bilər.
Doktor Sierra Solter-Hunt iddia edir ki, peyklər hər saatda 1,3 tondan çox peyk tullantıları ilə Yer atmosferini yandırır və orbitdə keçirici hissəciklərdən ibarət metal təbəqə yaradır.
Astronomların bu ilin martda etdiyi son hesablamaya görə, hazırda orbitdə 5504 "Starlink" peyki var və onlardan 5442-si işləyir. Bununla belə, daha on minlərlə işə salınması planlaşdırılır.
Solter-Hunt istismar dövrlərinin sonunda bu peyklərdən gələn hissəciklərin Yer atmosferinin maqnit sahəsini poza və ya tuta biləcəyini söyləyib.
O, bunun ekstremal hal olduğunu, yüklü metal tozunun belə bir təbəqəsi Mars və Merkurinin taleyinə bənzər atmosfer eroziyasına səbəb ola biləcəyini vurğulayıb.
Mənbə: Wionews