"Qalatasaray"da seçkilərin vaxtı açıqlanıb


“Qalatasaray” İdman Klubu növbədənkənar seçkili ümumi yığıncağın mayın 18-i şənbə günü, yerli vaxtla saat 10:00-da Qalatasaray Liseyində, yetərsay olmadığı təqdirdə isə ikinci toplantının mayın 25-i şənbə günü eyni yerdə və vaxtda keçiriləcəyini açıqlayıb.



Məsələ ilə bağlı “Qalatasaray”ın rəsmi internet saytında yer alan açıqlamada, “Klubumuzun 17.04.2024-cü il tarixli 016 saylı İdarə Heyəti Yığıncağının qərarına və Türk Mülki Məcəlləsinə və Nizamnaməmizin 27-ci maddəsinə uyğun olaraq Klubumuzun Ümumi Assambleya Toplantısı növbəti seçki ilə 18 may 2024-cü il şənbə günü saat 10.00-da Qalatasaray Liseyi Tevfik Fikrət Salonunda keçiriləcək. Yetərsay olmadığı təqdirdə ikinci yığıncaq 2024-cü mayın 25-i eyni yerdə və saatda keçiriləcək" ifadələri qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu