İsrail İran və Livanla müharibə istəmədiyini bəyan edib


İsrailin xarici işlər naziri İsrael Katz ölkəsinin nə İran, nə də Livanla müharibə istəmədiyini, lakin birbaşa hücumlar olacağı təqdirdə hərbi əməliyyatlara əl atmağa məcbur olacağını bildirib.


AFN.az xəbər verir ki, o, bu barədə İtaliyaya səfərinin yekununda danışıb. "Biz İranla müharibə istəmirik, lakin birbaşa hücuma məruz qalsaq, cavab verəcəyik" deyən XİN rəhbəri aprelin 1-də Dəməşqdəki binaya endirilən hava hücumuna görə Təl-Əvivin məsuliyyəti öz üzərinə götürmədiyini xatırladıb.

Katz hesab edir ki, Qərb İranın yaratdığı təhlükədən kifayət qədər xəbərdar deyil. Nazir bildirib ki, indiyə qədər İsrailin Livandan, Qolan və Eylatdan Hizbullah və Husilərin raket atışlarına cavabı "möhkəm olub". “Ancaq məsələn, Dəməşqin qisası kimi raketlər Livandan Təl-Əvivə uçarsa, İsrail öz təyyarələrini və hətta əsgərlərini göndərəcək”, - deyə nazir qeyd edib.

“Hizbullah raketlərinə görə minlərlə israillini qovmağa məcburuq. Əgər Hizbullah döyüşçüləri BMT-nin 1701 saylı qətnaməsində nəzərdə tutulduğu kimi Litani çayından kənara çəkilməsələr, biz Beyrutla müharibəyə başlamaq məcburiyyətində qalacağıq. Biz bunu istəmirik, ABŞ, Fransa, İtaliya və bu zonada qoşunları olan digər dövlətlərin köməyi ilə danışıqlar yolu ilə getməyə üstünlük veririk”, - deyə Katz bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu