İsrail Livandan göndərilən PUA-nı məhv edib


İsrail ordusu Livan ərazisindən göndərildiyi bildirilən pilotsuz uçuş aparatının (PUA) məhv edildiyini və Hizbullah hədəflərinə hücum edildiyini açıqlayıb.


Ordudan verilən açıqlamada, sözügedən İHA-nın İsrailin “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğu bildirilib.

Açıqlamada İsrail döyüş təyyarələrinin bu gün səhər və günorta saatlarında Hizbullah hədəflərinə hava zərbələri endirdiyi qeyd edilib. O da qeyd olunub ki, dünən axşam saatlarında Suriyadan İsrailə atılan raketlərə cavab olaraq Suriyaya aid strukturlar, ordu tank atəşi ilə hədəfə alınıb.

2023-cü il oktyabrın 8-dən İsrail ordusu ilə sərhəddə Hizbullah arasında davam edən qarşıdurmalarda 29 livanlı mülki vətəndaş və 162 Hizbullah üzvü, həmçinin 6 İsrail vətəndaşı və 10 İsrail əsgəri həlak olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu