Ekvadorda zorakılıqlar nəticəsində 17 nəfər ölüb
Cənubi Amerika ölkəsi olan Ekvadorda həftə sonu quldur dəstələrinin törətdiyi zorakılıqlarda 17 nəfər həlak olub.
Yerli mətbuatda verilən xəbərə görə, Manta, Manabi və Quasmo şəhərlərində təhlükəsizlik qüvvələri ilə dəstələr arasında qarşıdurma yaşanıb. Hadisələrdə biri əsgər olmaqla 17 nəfər həyatını itirib.
Səlahiyyətlilərin verdiyi açıqlamada bildirilir ki, qarşıdurma həftə sonu 5 nəfərlik turist qrupun zorla saxlanılması ilə başlayıb. Toqquşmalarda turistlərin sağ-salamat xilas edildiyi, çoxlu sayda dəstə üzvünün öldürüldüyü bildirilib.
Bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti, 9 yanvarda Fito ləqəbli narkotik şəbəkəsinin lideri Adolfo Macias və bir neçə məhbusun qaçaraq qaçmasından sonra 60 gün müddətinə fövqəladə vəziyyət elan edib. Guayas şəhərindəki həbsxanaya, ardından polis vasitələrinə bombalı hücumlar təşkil edilib.
Martın 7-də 30 gün uzadılan fövqəladə vəziyyət çərçivəsində ölkədə saat 23.00-05.00 arasında komendant saatı tətbiq ediləcəyi açıqlanıb.
Fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu polis əməkdaşını qaçıraraq onların maşınlarını yandırıblar.