Moskvada terror aktı nəticəsində ölənlərin sayı 139-a yüksəlib


Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikin Moskvada törədilən terror aktında həyatını itirənlərin sayının 3-ü uşaq olmaqla 139-a yüksəldiyini açıqlayıb.



Martın 22-də Moskvada konsert salonunda törədilən terror aktının müzakirə olunduğu Rusiya prezidenti Vladimir Putinin də iştirak etdiyi iclasda Bastrıkin çıxış edib.

Terrorçuların cinayətlərini etiraf etdiklərini bildirib.

Bastrikin, “Hücum nəticəsində 139 nəfər həyatını itirib. Onlardan 75-nin şəxsiyyəti bu gün müəyyən edilib. Ölənlər arasında üç uşaq da var. Ölənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir” ifadələrini işlədib

Aleksandr Bastrikin 182 nəfərin yaralandığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu