Moskvada terror aktında ölənlərin sayı 143-ə çatdı
Dünən axşam saatlarında Rusiyanın paytaxtı Moskvada konsert salonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 143-ə çatıb.
100-dən çox insan yaralının olduğu bildirilir.
Terror təşkilatı İŞID hücuma görə məsuliyyəti üzərinə götürüb.
Yaralıların və ölənlərin sayının arta biləcəyi bildirilib.
Rusiya İstintaq Komitəsinin verdiyi açıqlamada qeyd olunub ki, ekspertlər hadisə yerində işlərini davam etdirirlər. Ölümə səbəb güllə yaraları və tez alışan materiallardan zəhərlənmə olduğu bildirilir. Hücumdan sonra kriminalist və tədqiqatçıların iştirakı ilə ətraflı araşdırma davam edir.
Açıqlamada hadisə yerində silah və sursat daxil olmaqla bütün sübutların ələ keçirildiyi, genetik, ballistik və barmaq izi müayinələrinin aparıldığı, bütün kamera görüntülərinin götürülərək araşdırıldığı bildirilib.