Nigeriyada ordunun keçirdiyi əməliyyatla quldurların əsir götürdüyü 17 məktəbli azad edilib


Nigeriya ordusu keçirdiyi əməliyyatla martın 9-da ölkənin şimal-qərbindəki təhsil müəssisəsindən qaçırılan 17 məktəblini azad edib.


Bu barədə Sokoto ştatının qubernatoru Əhməd Aliyu Sokoto məlumat verib.

“Tələbələr ordu və regional kəşfiyyat xidmətlərinin koordinasiyalı əməliyyatı nəticəsində azad edilib. Bütün məktəblilər sağlamdır və tezliklə ailələrinə qovuşacaqlar”, - deyə o, "Kanallar" TV-yə istinadən xəbər verir.

Əməliyyatın təfərrüatları açıqlanmasa da, təhsil müəssisəsinin nümayəndəsi Liman Abubakar heç bir fidyə ödənilmədiyini bildirib.

Sokoto ştatında gecə saatlarında quldurlar məktəb yataqxanasına hücum ediblər. Onlar özləri ilə bir qrup məktəblini və təhsil müəssisəsinin əməkdaşını aparıblar. Məktəblilərin qaçırılması quldurların Kaduna ştatında 287 məktəbli və müəllimi qaçırmasından iki gün sonra baş verib. Səlahiyyətlilər onların da axtarışının davam etdiyini bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu