Cənubi Koreya etiraz edən kursant həkimlərin lisenziyalarını dayandıracaq


Cənubi Koreyada tibb fakültəsi kvotalarının artırılmasına reaksiyalar davam edir. Hökumət gələn həftədən etibarən vəzifələrinə qayıtmayan etirazçı intern həkimlərin lisenziyalarını dayandırmağa başlayacağını açıqlayıb.


"Yonhap"ın məlumatına görə, Cənubi Koreyanın səhiyyə və rifah nazirinin müavini Park Min Su etirazlarını davam etdirən intern həkimlərlə bağlı açıqlama verib.

Park həkimləri işə qayıtmağa çağırıb və gələn həftədən işə qayıtmayanların lisenziyalarının dayandırılacağını bildirib.

Digər tərəfdən, tibb fakültəsinin bir qrup professoru açıqlamalarında köməkçi həkimlərə qarşı tətbiq edilən cəza tədbirlərinin götürüləcəyi təqdirdə hökumətlə görüşə biləcəklərini bildiriblər.

Ötən gün Cənubi Koreyada tibb fakültəsi kvotalarının artırılması ilə bağlı etirazlar davam edərkən, ölkədəki universitetlərə 2 min əlavə kvota paylanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu