Yunanıstanda immiqranta qarşı fiziki zorakılıq ittihamı ilə 4 polis məmuru saxlanılıb


Yunanıstanın paytaxtı Afina yaxınlığındakı Amiqdalezadakı immiqrantların qəbulu mərkəzində çalışan 4 sərhəd polisi bir mühacirə qarşı fiziki zorakılıq tətbiq etdikləri səbəbi ilə saxlanılıb.



Vətəndaşların Müdafiəsi Nazirliyinin açıqlamasında bildirilir ki, şikayət əsasında aparılan araşdırmalarda 4 sərhəd polisinin mərkəzdə qalan immiqrantı döydüyü üzə çıxıb.

Açıqlamada mühacirin aldığı zərbələrdən sonra qabırğasının sındığı və sərhəd polisinin müvafiq prokurorluğa sövq edildiyi bildirilib.

Sözügedən polislərin fiziki zorakılıqda günahlandırıldığı və immiqrantın xəstəxanada müalicəsini davam etdirdiyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu