Bu xəstəxanada yeyinti olub - Cinayət işi açıldı


Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.


Bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əməkhaqqının hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələri ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu