Macarıstanlı deputatlar ukraynalı radikalların təhdidlərindən narahatdırlar


Macarıstanın “Bizim Vətən” parlament fraksiyasının lideri, Avropa Şurası Parlament Assambleyasının üzvü Laslo Toroskay bildirib ki, şəxsən özü və partiyasının nümayəndələri Ukrayna radikallarından təhdidlər alıblar.


Toroskay bildirib ki, radikallar Ukrayna münaqişəsi ilə bağlı parlamentarilərin mövqeyinə görə bütün partiyanı və onun özünü hədələyirlər. Deputatın sözlərinə görə, fevralın 13-də parlamentarilər Ukraynanın ultras təşkilatından “Trankarpatiyanın işğalı planlarına görə ağır cəza” ilə hədələnən elektron məktublar alıblar. Onlara ofisi yandıracaqları, maşınlarını partlatacaqları və özlərinə qəsd edəcəkləri vəd edilib.

Toroskay vurğulayıb ki, ukraynalılar siyasətçiləri səhv başa düşdükləri üçün onlardan üzr istəməyəcək.

“Macarıstan Zakarpatyanı işğal etmək istəmir, biz müharibə istəmirik, sülh istəyirik. Biz Ukrayna xalqını təhdid etmədik və təhdid etmirik, Macarıstan on minlərlə ukraynalı qaçqını qəbul edib”, - deyə deputat qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu