Almaniya Ukraynaya Qərb qoşunlarının göndərilməsi məsələsini qaldırıb


Almaniya Bundestaqının sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasından olan deputatları Ukraynaya Qərb hərbi və xüsusi təyinatlılarının göndərilməsi faktı ilə bağlı məsələ qaldırıblar.


Lenta.ru xəbər verir ki, bu barədə fraksiyanın Almaniya hökumətinə parlament sorğusunun mətnində bildirilir.

AfD fraksiyası adından deputatlar Matias Moosdorf, Petr Bystron, Alexander Gauland, Stefan Keuter, Joakim Vundrak, Eugen Şimidt, Steffen Kotre, Markus Frohnmayer, Beatrice von Storç və Gerolda Otten qərbli hərbçilərin Ukraynadakı müharibədə iştirakının mümkünlüyü ilə maraqlanıblar. Müraciətdə onlar Fransa liderinin daha əvvəl verdiyi bəyanata istinad edirlər.

“Qərb qoşunlarının Ukraynaya daxil olmasını istisna etməyən Fransa prezidenti Emmanuel Makronun bəyanatından sonra "Financial Times" xəbər verib ki, Avropanın yüksək rütbəli müdafiə rəsmisi “Hamı bilir ki, Ukraynada Qərbin xüsusi təyinatlı qüvvələri var. Ukrayna, sadəcə olaraq, rəsmi olaraq tanınmayıb” - deyə açıqlama verib. Makronun bəyanatı ilə bağlı Slovakiyanın baş naziri Robert Fico bildirib ki, bəzi ölkələr Ukraynaya yardım etmək üçün qoşun təmin etmək məqsədilə ikitərəfli sazişlər bağlamağı nəzərdən keçirirlər” - deyə, məktubda qeyd edilir.

Üstəlik, AfD nümayəndələrinin Amerika mediasının 2023-cü ildə yazdıqlarına istinadən verdiyi məlumata görə, ötən ilin fevralında artıq Ukraynada NATO-nun beş ölkəsindən 97 xüsusi təyinatlı əsgər var idi ki, onların da əksəriyyəti, parlamentarilərin aydınlaşdırdığı kimi, Böyük Britaniyadandır.

"Bundan başqa, Almaniya kansleri Olaf Şolz Ukraynaya "Taurus" qanadlı raketlərini verməkdən imtina etməsi ilə bağlı əsaslandırmasında bu yaxınlarda bildirib: "Britaniyalıların və fransızların hədəfə nəzarət və izləmə baxımından etdiklərini Almaniyada etmək olmaz. Başqa hansı ölkələr var? Başqa ənənələrə və digər konstitusiya institutlarına malik olduğumuz halda, biz bunu eyni şəkildə edə bilmərik”, - deyə müraciət müəllifləri qeyd ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu