Tural Baxşıyev vəzifəsindən uzaqlaşdırılıb? - yoxlamalar aparıldığı bildirilir


Ötən ilin oktyabrında Naxçıvan MR Qaz İstismarı xidmətinin rəis müavini təyin olunan Tural Baxşıyev vəzifəsindən uzaqlaşdırılıb.


Bu barədə AFN.az-a məlumat verən mənbə bildirib ki, T.Baxşıyev neçə müddətdir işə çıxmır: "Onun vəzifəsindən kənarlaşdırıldığı, idarədə yoxlamaların aparıldığı bildirilir. Deyilənə görə, kimdənsə pul alıb, bunun da üstü açılıb".

Qeyd edək ki, T.Baxşıyev Naxçıvanın keçmiş baş naziri Əlövsət Baxşıyevin qardaşı oğludur. O, ötən il oktyabrın 23-də Naxçıvan Ali Məclisi sədrinin səlahiyyətlərini icra edən Anar İbrahimovun sərəncamı ilə bu vəzifəyə təyin edilib. Onu da vurğulayaq ki, A.İbrahimovun özü 2023-cü il oktyabrın 5-dən etibarən Naxçıvan Ali Məclisi sədrinin səlahiyyətlərini icra etməyə başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu