Baydenin yeni seçki kampaniyası strategiyası məlum oldu


ABŞ prezidenti seçki kampaniyası çərçivəsində yeni strategiya kimi yenidən seçilmək uğrunda mübarizədə öz yaşının tənqid edilməsindən üstünlük kimi istifadə etməyə çalışacaq.



Bu barədə “The New Yourk Times” yazır.

Yeni videoda Bayden dondurma mağazasında kostyumda dayanaraq dondurma və digər məhsullara baxaraq, “Bax, mən cavan oğlan deyiləm. Bu sirr deyil. Ancaq burada bir şey var, Amerika xalqı üçün necə bir şey edəcəyimi başa düşürəm " kameraya deyib.

ABŞ prezidenti həmçinin koronavirus pandemiyası ilə mübarizə, yaşlılar üçün insulin qiymətlərinin məhdudlaşdırılması, infrastruktur və iş investisiyaları aktının qəbulu da daxil olmaqla, ilk müddətinin böyük nailiyyətlərini barədə açıqlama verib. O, həmçinin Respublikaçıların ehtimal edilən namizədi Donald Trampı qadınları reproduktiv məsələlərdə seçim azadlığından məhrum etməkdə ittiham edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu