"Tesla"nın Almaniyadakı zavodu yanğın səbəbindən işıqsız qalıb
Almaniyanın Grünheid bölgəsində "Tesla" zavodunda ətraf mühit fəalları tərəfindən yandırılan yanğın nəticəsində elektrik enerjisi kəsilib.
Hadisə barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Martın 5-i çərşənbə axşamı səhər ekoloqlar müəssisənin yanındakı elektrik yarımstansiyasını yandırıblar. Aksiya nəticəsində avtomobil zavodu, Ekner şəhəri və Berlinin iki rayonu işıqsız qalıb. “Dinc etiraz açıq zorakılığa çevrilir” - deyə nəşrin materialında qeyd olunur.
Hadisə yerinə 3 könüllü yanğınsöndürmə briqadası, enerji şirkətinin əməkdaşları və polis gəlib. Onlar zavodun yaxınlığında yerləşən meşədə bir neçə fəal çadırı tapıblar. Çadırlara yaxınlıqda bombaların basdırıla biləcəyini göstərən işarələr asılıb. Hazırda ərazi partlayıcı maddələr üzrə ekspertlər tərəfindən yoxlanılır.
Bundan əvvəl ekoloji fəallar Venesiyadakı Böyük Kanaldakı suyu yaşıl rəngə boyamışdılar.