Almaniyada hərbçi 4 nəfəri güllələdi


Almaniyanın şimalında Bundesverin hərbçisi 4 nəfəri güllələyib.



Bu barədə “Bild” yazıb.

“Evdə biri uşaq olmaqla dörd nəfər güllələnib. Polis hadisəni ailə hekayəsi adlandırıb", nəşrin Telegram kanalında dərc olunan mətndə deyilib.

Hadisə yerinə onlarla təhlükəsizlik qüvvələrinin gəldiyi və cinayətkarın axtarıldığı bildirilib. Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçunun avtomobilində döyüş sursatı və partlayıcı maddələrin olduğu güman edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu