Qara dənizdə qalan türk gəmisinə raket düşüb
Qara dənizdə qapalı vəziyyətdə qalan Türkiyənin “Kuruoğlu-3” quru yük gəmisinə Xreson limanında iki raket düşüb.
Kuruoğlu Dənizçilik Şirkətinin Türkiyənin Dəniz Mediaya verdiyi xüsusi müsahibədə bu ifadələr yer alıb:
“Şirkətimizin Türkiyə bayraqlı "MV KURUOĞLU-3" gəmisi 22.02.2022-ci il tarixində 2800 m ton toplu UREA yükünü boşaltmaq üçün Xerson limanına yaxınlaşıb və Rusiya-Ukrayna müharibəsi səbəbindən 2 il limanda hərəkətsiz qalıb. 27.02.2024-cü il tarixində Rusiyadan atıldığı güman edilən iki raket gəmimizin sağ tərəfinə dəyib və gəmimizi su basmağa başlayıb. Gəmimiz kəndirlərin köməyi ilə estakadaya bərkidilib və iplərin qopması və gəmimizin batması an məsələsidir”.