Yeni Zelandiya şirkətinin elektrik avtomobilləri üçün yonqar tozu təklifi
Yeni Zelandiyada yerləşən bir şirkət elektrik avtomobillərinin akkumulyatorlarında yonqar tozundan istifadə etməyə başlayıb.
Şirkət atılmış yonqar tozunu sintetik qrafitə çevirməkdə uğur qazanaraq mühüm bir addım atıb.
Bu inkişafın akkumulyatorlarda istifadə edilən qrafit üçün dünyanın Çindən asılılığını azaldacağı gözlənilir.
CarbonScape şirkəti, yonqar tozundan əldə edilən alternativ qrafitin daha davamlı bir həll təklif etdiyini və Avropanın litium-ion batareyaları üçün Çindən asılılığını azaldacağını açıqlayıb.
Elektrikli avtomobil akkumulyatorlarının istehsalının açarı olan qrafit təbiətdə tapılan və hasil edilən bir maddədir. Sintetik qrafit neft məhsullarından istehsal olunur.
Baş direktor İvan Uilyamsın dediyinə görə, CarbonScape tərəfindən yonqar ağacından hazırlanmış qrafit daha ekoloji cəhətdən təmiz bir həll təklif edir.