Xiaomi qadcet istehsalının bir hissəsini Çindən köçürür


Çinin "Xiaomi" şirkəti audioavadanlığın istehsalını qismən Hindistana keçirir.

AFN.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Xiaomi" Hindistanın elektronika istehsalçısı "Optiemus" ilə müqavilə bağlayıb. Çin korporasiyası Hindistandakı fabriklərdə audio avadanlıqların bir hissəsinin istehsalına başlayacaq. İstehsal edilən qadcetlərin yalnız Hindistan bazarında satılacağı, yoxsa başqa ölkələrə də ixrac ediləcəyi barədə məlumat verilmir.

Köçürmə ilə bağlı məlumatı korporasiya təsdiqləyib. Belə ki, "Xiaomi" şirkətinin Hindistan ofisinin nümayəndələri twitter-də Noida şəhərində audio avadanlıqların istehsalına başlamaq üçün "Optiemus" ilə razılaşdıqlarını bildiriblər. "Reuters"in analitiklərinin fikrincə, Hindistanda İT nəhəngi ağıllı dinamiklər, simli və simsiz qulaqlıqlar satır.

Şirkət həmçinin aydınlaşdırıb ki, 2025-ci ilə qədər Hindistanda qadcetlərin istehsalını 50 faiz lokallaşdırmaq niyyətindədirlər. Materialda deyilir ki, ölkə hakimiyyəti xarici şirkətləri öz mallarının birbaşa Hindistanda istehsalını təşkil etmək üçün sərmayə qoymağa sövq edir.

Bundan əvvəl "Bloomberg" mənbələri bildirmişdilər ki, Apple-ın Çin tədarükçüləri istehsalı Vyetnam və Hindistana köçürməyi düşünürlər. İnsayderlərin sözlərinə görə, qadcetlər üçün komponentlər istehsalçıları öz bizneslərini diversifikasiya etməyi və Çindən asılılığını azaltmağı planlaşdırırdılar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu