Hindistan uşaq ölümünə səbəb olmaqda şübhəli bilinən əczaçılıq şirkətinin fəaliyyətini dayandırdı


Hindistan Kamerunda uşaq ölümünə səbəb olmaqda şübhəli bilinərək, Riemann Labs əczaçılıq şirkətinin istehsalını dayandırıb.


Hindistan Səhiyyə Nazirliyindən verilən açıqlamada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kamerunda 4 uşağın ölümü ilə əlaqədar öskürək siropu halları ilə bağlı xəbərdarlıq edildiyi və mövzu ilə bağlı məlumat tələb edildiyi bildirilib.

Mərkəzi Əczaçılıq Standartlarına Nəzarət Təşkilatı (CDSCO) və bölgədəki səlahiyyətlilərin Hindistan mərkəzli əczaçılıq şirkəti Riemann Labs-ı birgə yoxladıqları ifadə edilən açıqlamada, səlahiyyətlilərin tapıntılardan sonra şirkətin dərman istehsalını dayandırmağa qərar verdiyi bildirildi.

Hindistanda yerli mətbuatın verdiyi məlumata görə, Kamerunda son aylarda uşaq ölümləri Hindistanda yerləşən şirkətlərin istehsal etdiyi öskürək siropları ilə bağlıdır.

ÜST "Hindistanda yerləşən əczaçılıq şirkətləri tərəfindən istehsal olunan və bu yaxınlarda bəzi ölkələrdə ölümlərə səbəb olan öskürək siropları" barədə xəbərdarlıq etmişdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu