Mohammed Ştayyeh istefa verdi
Fələstinin baş naziri Mohammed Ştayyeh istefasını prezident Mahmud Abbasa təqdim etdiyini açıqlayıb.
Fələstinin baş naziri Mohammed Ştayyeh Ramallahda keçirilən hökumətin həftəlik iclasında çıxış edib.
İstefasını Fələstin prezidenti Abbasa təqdim etdiyini bildirən Ştayyeh, istefa qərarını 20 fevral çərşənbə axşamı günü Abbasa şifahi şəkildə çatdırdığına diqqət çəkib.
Mohammed Ştayyeh Qəzza zolağında baş verən proseslər fonunda qarşıdakı dövrdə hökumət səviyyəsində yeni tənzimləmələrə ehtiyac olduğunu bildirib.
Fələstin rəhbərliyini bir inzibati qruma çevirmək üçün səylərin olduğuna diqqət çəkən Ştayyeh, rəhbərliyin İsrailin tətbiqlərinə qarşı mübarizəni davam etdirəcəyini bildirib.