ABŞ kosmik gəmisi “Odysseus” qəzaya uğrayıb


ABŞ-ın “Intuitive Machines” şirkəti tərəfindən “IM-1” missiyası çərçivəsində kosmosa göndərilən “Odysseus” adlı kosmik gəminin Aya endiyi zaman qəzaya urğadığı bildirilib.



"Intuitive Machines"in Baş İcraçı Direktoru (CEO) Stiv Altemus mətbuata verdiyi açıqlamada, Ayda yan üstə uzanan “Odysseus”un çox sürətli endiyi üçün ayaqlarından birində ilişib qala biləcəyini söyləyib.

"O, yıxılsa da, maşın çoxlu əməliyyat qabiliyyətinə malikdir" deyə Altemus qeyd edib.

Şirkətin ilk açıqlamasında “Odysseus”un Aya ilk enişi zamanı dik durduğu bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu