Bakıda zibil qutularının üzərinə Telegramda narkotik satan kanalın ünvanı yazıldı - FOTO


"Milyonların şousu" və "Breyn-Rinq" telelayihələrinin aparıcısı, DJ Fateh kimi tanınan jurnalist Nazim Məmmədov özünün sosial şəbəkə hesabından ciddi faktla bağlı paylaşım edib.


AFN.az xəbər verir ki, o, narkotik şəbəkəsinin yeni əməlindən yazıb. "Yaşadığım ev əsas yoldan az qala 1 km aralıda yerləşdiyini bildirib. "Gecəqondu yoxdur, bircə binadır, bir də biz qonşular. Bizim dalandakı qutulara cəmi 200 mənzil zibil atır. Amma biz böyük narkotik şəbəkəsinin hədəf kütləsiyik. Bu gecə zibil qutularımızın üzərinə Telegramda açıq şəkildə narkotik satan kanalın ünvanı yazılıb" - deyə jurnalist bildirib.

O, həmçinin üzərinə ünvan yazılab zibil qutularının fotosunu da paylaşıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AFN.az-ın sorğusuna cavab olaraq bildirildi ki, həmin məsələ polisin diqqətindədir: "Ərazi üzrə polis məlumatlandırılıb. Ötən həftə bu yazıları yazanların bir qrupu müəyyən edilərək saxlanılıb. Bu istiqamətdə tədbirlər davam edir".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu