Acun Ilıcalı Almaniyada idman kanalı aldı


Media maqnatı və Hull City-nin sahibi Acun Ilıcalı Almaniyanın SPORT1 idman kanalının səhmlərinin əlli faizini alıb.



İsveçrənin “Highlight Communications” media qrupunun verdiyi rəsmi açıqlamada SPORT1 səhmlərinin 50 faizinin 30 milyon avroya ACUNMEDYA-ya satıldığı bildirilib.

Reuters-də yer alan xəbərə görə, Acunmedya tərəfindən istehsal olunan idmanla bağlı reallıq formatları gələcəkdə SPORT1 kanalında yayımlanacaq.

İddialara görə, uyğunlaşdırılması gözlənilən ilk istehsal 'Exatlon' olacaq.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu