Acun Ilıcalı ilə 2500 manatlıq şam yeməyi - Çəkilişi qadağan etdi


Oktyabrın 22-də Bakıda "İnnovativ İnkişaf və Fürsətlər" mövzulu seminarda iştirak edən türkiyəli iş adamı Acun Ilıcalı tədbirdən sonra pərəstişkarları ilə şam yeməyinə çıxa biləcəyini açıqlayıb.



AFN.az yenisabah.az-a istinadən xəbər verir ki, o bu cür şam yeməyinin qarşı tərəfə 2500 manata başa gələcəyini bildirib.

Yemək zamanı seminarda demədiyi bilgiləri həmin şəxsə verəcəyini qeyd edən Ilıcalı həmin görüş zamanı çəkilişi qadağan edib.

"Çox sağ olun bura gəlmisiniz, var olasınız. Lakin orada sizə çox fərqli, heç kəsin görmədiyi şeylər göstərəcəyəm. Amma video çəkməyə qoymayacağam. Çünki "YouTube"da videoların yayılmağını istəmirəm".

Qeyd edək ki, aylar əvvəl anonsu verilən bu görüşdə iştirak üçün can atanlara 40-490 manat aralığında biletlər təklif edilmişdi. Bundan əlavə, onun Azərbaycandakı televiziya kanalında 10 dəqiqəlik efir üçün 35 min manat istəməsi də müzakirələrə səbəb olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu