Lavrov Rusiyanın ABŞ-ın xarici siyasətindəki rolundan danışıb


ABŞ prezidenti postunu tutan şəxsin hansı partiya mənsubiyyətindən asılı olmayaraq, Vaşinqton və hakim elitanın nümayəndələri istənilən halda Rusiyaya geosiyasi rəqib kimi baxacaq.



Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “O Globo” qəzetinə müsahibəsində deyib.

“Rusiyaya ABŞ-ın hakim elitası, partiya mənsubiyyətindən asılı olmayaraq, rəqib və təhdid kimi baxır. Keçmiş prezident Ağ Evdə işlədiyi 4 il ərzində Rusiya-Amerika münasibətlərinin yaxşılaşdırılması üçün heç bir iş görmədi”, - deyə vurğulayan nazir qeyd edib ki, Moskva qanuni yolla seçilmiş istənilən liderlə işləməyə hazır olacaq.

Lavrov həmçinin bildirib ki, Moskva siyasətçinin şəxsiyyəti ilə deyil, onun Rusiyaya münasibətdə tutacağı kursla maraqlanacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu